Facebook Pixel
downloads icon
AZE

Dolablar

Dolablar, həm zəruri əşyaların səliqəli şəkildə saxlanması, həm də interyerin estetik görünüşünün tamamlanması üçün vacib mebellərdən hesab edilir. Ev və ofis üçün hazırlanmış funksional dolablar, saxlama ehtiyaclarını ən praktik və rahat şəkildə həll etməyə imkan verir. Evdə istifadə üçün nəzərdə tutulan minimalist dizaynlı dolablar genişliyi təmin edir, eyni zamanda məkanın dekoruna sadəlik və zəriflik qatır. Yataq otağı, dəhliz və qarderob otağı üçün hazırlanan müxtəlif dolab modelləri əşyalarınızı nizama salmaq üçün ideal şəkildə dizayn edilmişdir. Ofis üçün hazırlanmış dolablar isə daha çox bölməyə, sənəd saxlama sahəsinə və faydalı təşkilat imkanlarına malikdir. Bu modellər iş yerində nizam-intizam və sənədlərin, dəftərxana ləvazimatlarının səliqəli saxlanmasına şərait yaradır.
Dolabların qiyməti isə bir neçə faktordan asılı olaraq təyin edilir:

1. İstifadə olunan materialın keyfiyyəti
2. Dolabın ölçüsü və bölmə sayı
3. Üslub və dizayn xüsusiyyətləri 

Sadə, kiçik modellər daha münasib qiymətə təklif olunsa da, geniş və çox bölməli dolablar qiymət baxımından bir qədər yüksək ola bilər. Lakin istənilən halda, keyfiyyətli və uzunömürlü dolab seçimi sərfəli investisiya hesab edilir. Ən funksional və zövqlü dolab modellərini İdeal Dizayn onlayn mağazasından asanlıqla seçə və sifariş edə bilərsiniz. Saytımızda həm klassik, həm də müasir üslublara uyğun geniş dolab çeşidləri mövcuddur. Evinizdə və ya ofisinizdə səliqəli görünüş istəyirsinizsə, doğru dolab seçimi ilə başlaya bilərsiniz! Seçim genişdir və məkanınıza uyğun modellər arasında istədiyinizi Rəf Modellərini  onlayn mağazamızdan seçməyə başlayın.

Dolablar - Saxlama üçün ideal seçimlər və dizayn nümunələri

Dolablar məkanın səliqəli görünməsi üçün ideal bir vasitədir. Müasir dolablar müxtəlif dizaynlarla təqdim edilir, bu da onların hər hansı interyerə uyğun olmasını təmin edir. Qapılı, açıq rəfli və ya sürüşdürmə qapılı modellər arasında seçim edərək, məkanın tərzinə uyğun dolablar tapa bilərsiniz. Həmçinin, rəng və material seçimləri ilə interyerinizə zərif toxunuşlar əlavə edə bilərsiniz. Müxtəlif dizaynlı dolablar geniş qiymət aralığında mövcuddur. Ənənəvi dolablar daha münasib qiymətlərlə təklif edilsə də, müasir və innovativ dizaynlar qiymət baxımından daha yüksək ola bilər. İdeal saxlama həlli və dizaynlı dolabları onlayn mağazamızda tapmaq mümkündür. Burada təklif edilən fərqli tərzlərdə dolab modelləri geniş seçim imkanı təqdim edir.

Dolablar fərqli modelləri ilə - Müasir interyerə uyğun seçim

Dolablar müasir interyerlərdə həm estetik, həm də funksional element kimi önəm daşıyır. Şüşə qapılı, metal detallar və minimalist dizaynla təqdim edilən modellər müasir məkanlarda geniş istifadə olunur. Funksionallıqla yanaşı, dolablar dekorativ elementlər kimi də interyerin bütövlüyünü təmin edir. Geniş və çoxfunksiyalı dolablar müasir mənzillər və iş yerləri üçün ideal seçimdir. Müasir dizaynlı dolablar adətən daha yüksək qiymət aralığında yerləşir. Lüks materiallardan hazırlanan və zərif detallar əlavə edilmiş modellər qiymət baxımından fərqlənir. Bununla belə, sadə dizaynlı, lakin funksional dolablar da münasib qiymətə təqdim edilir. Müasir dolabların geniş çeşidini onlayn mağazamızda əldə edə bilərsiniz. Zövqünüzə və ehtiyacınıza uyğun dolab modelləri ilə məkanınızı daha funksional və estetik hala gətirə bilərsiniz.

Dolablarin qiymeti seçimlərdə hansı məqamlara təsir edir?

Dolablarin qiymeti bir çox faktorun təsiri altında dəyişir və bu qiymət fərqləri seçim zamanı alıcılara həm geniş imkan, həm də fərdi ehtiyaclara uyğunlaşma imkanı təqdim edir. Əgər sən də evinə və ya ofisinə uyğun dolab axtarırsansa, əvvəlcə bu məqamları nəzərə al:

  • Böyük və çox bölməli dolablar adətən daha yüksək qiymətə təklif edilir.

  • MDF, təbii ağac, plastik və ya metal materiallar qiymətə ciddi təsir göstərir.

  • Minimalist və ya klassik oyma naxışlı dizaynlar fərqli büdcələrə uyğun təqdim olunur.

  • Ayna, sürgülü qapılar və ya daxili işıqlandırma olan modellərin qiyməti yüksək olur.

  • Yerli və ya xarici istehsal da modellər arasında qiymət fərqi yaradır.

Əgər sən həm funksional, həm də müasir tələblərə cavab verən dolab axtarırsansa, İdeal Dizayn mebel salonunun təkliflərini incələ. Dolablarin qiymeti barədə real və geniş seçim imkanlarını onlayn mağazamızdan da dəyərləndirə bilərsən. İndi təqdim edilən modellərə bax, sifariş et və evini rahatlıqla, zövqünə uyğun şəkildə təchiz et!

Ev dekorunu tamamlamaq üçün dolablar

Ev dekorunu tamamlamaq üçün dolablar funksional baxımdan vacib mebel parçasıdır. Onlayn mağazamızda hər bir ev üçün uyğun ölçü və dizaynda dolab modeli tapmaq mümkündür. Düzgün seçilmiş dolablar, məkanın ümumi görünüşünə ahəng qatar, eyni zamanda saxlama ehtiyaclarını qarşılayacaq. Bu dolabları seçərək evinizdə və ya ofisinizdə funksional rahatlıq yarada bilərsiniz. Müasir interyer dizaynında dolablar yalnız geyim və əşyaların saxlanması üçün nəzərdə tutulmayıb, onlar eyni zamanda dekorativ element kimi də istifadə olunur. Bəzi modellərin şüşə qapılı olması kitabları və dekorativ əşyaları nümayiş etdirmək üçün mükəmməldir. Taxta və ya laminat örtüklü Kitab Rəfləri isə klassik interyerlər üçün əla seçim sayılır. Kiçik məkanlar üçün nəzərdə tutulmuş sürüşən qapılı və çoxfunksiyalı dolablar daha rahat və praktikdir. Dolab seçərkən interyerinizin ümumi rəngini nəzərə almaq olduqca vacibdir. Hər bir məkanda olduğu kimi açıq rənglər daha geniş və işıqlı, tünd rənglər isə elegant və müasir bir atmosfer yaradacaq. Minimalist və sadə dizaynlı dolablar isə daha çox skandinaviya tərzindəki evlər üçün uyğundur. Ev dekorunu tamamlamaq üçün dolablar interyerə xüsusi zövq qatmaq üçün də istifadə edilə bilər. Hər zaman doğru model seçimi  ilə evinizin ümumi dizaynına harmoniya qata bilərsiniz.

Keyfiyyətli və funksional dolab seçimləri

Keyfiyyətli və funksional dolab seçmək uzunmüddətli istifadə üçün önəmlidir. Dolab seçərkən yalnız interyerə uyğunluq nəzərə alınmamalıdır. Burada eyni zamanda əşyaların daha praktik şəkildə yerləşdirilməsini tənim edən saxlama bölmələrinin olmasına da diqqət yetirilməlidir. Bilməli olduğunuz vacib məqamlardan biri də odur ki, keyfiyyətli dolablar adətən davamlı materiallardan – təbii ağac, MDF, laminat və ya metal konstruksiyalardan hazırlanır. Seçim edərkən dolabın qapı mexanizmi və daxili bölmələrinin rahat istifadə üçün uyğunluğuna diqqət edilməlidir. Sürüşən qapılı modelləri kiçik otaqlar üçün yerə qənaət etmək baxımından daha əlverişli olur. Klassik üslubu sevənlər üçün açılıb-bağlanan qapılı dolablar isə daha uyğun seçimdir. Əlavə rəflər və gizli saxlama bölmələri olan dolablar, evdə səliqə-sahman yaratmağa kömək edəcək və siz müxtəlif növ əşyaları rahatlıqla yerləşdirə biləcəksiniz. Əgər geyim və aksesuarlar üçün dolab seçirsinizsə, ehtiyaclarınıza uyğun olman çəkmə sayı və asqı yerlərinin olmasına diqqət edin. Keyfiyyətli və funksional dolab seçimləri hər zaman evinizdə rahatlıq və komfort yaratmağa kömək olacaq.

Büdcənizə uyğun ucuz dolablar

Büdcənizə uyğun ucuz dolablar axtarışındasınız? Hər zaman olduğu kimi bütün alıcılar münasib qiymətə necə keyfiyyətli məhsul ala bilərəm sualını verirlər və ya bu axtarışda seçimlərinə hardan başlayacaqlarına qərarsız olurlar. İlk olaraq qeyd edək ki, ucuz dolablar sərfəli qiymət baxımından geniş seçim imkanı ilə təqdim edilir. Onlayn mağazamızda hər büdcəyə uyğun dolab tapmaq mümkündür. Seçim edərkən alacağınız yerdən asılı olaraq həm keyfiyyətə, həm də uzunömürlü istifadəyə diqqət yetirməlisiniz. Ucuz dolablar adətən laminat və MDF materiallardan hazırlanır. Bu materialların seçimi ona görədir ki məhsullar həm yüngül, həm də praktik olsun. Müxtəlif modellərdə təklif edilən dolablar sürüşən qapılı, açılıb-bağlanan qapılı və çoxfunksiyalı üslüblarda olur. İlk olaraq modellər  arasında seçim edərkən məkanın ölçüsünü nəzərə almaq lazımdır. Kiçik mənzillər üçün minimalistik və yerə qənaət edən modellər daha məqsədəuyğun seçim hesab edilir. Ucuz dolablar seçərkən əgər dolab geyimlər üçün nəzərdə tutulubsa, askı yerlərinin sayı, çəkməcələrin genişliyi və rəflərin mövqeyi nəzərə alınmalıdır. Kitablar və dekorativ əşyalar üçün nəzərdə tutulan dolablar isə açıq rəfli və ya şüşəli qapılarla olması otağa daha ideal görünüş verə bilər. Büdcənizə uyğun ucuz dolablar alarkən mövsümi endirimlər və kampaniyalardan yararlanmaq sizin xeyrinizə olacaq. Beləliklə sərfəli qiymətə və arzu etdiyiniz kimi keyfiyyətli məhsul əldə etmək mümkün olacaq.

Müxtəlif dolab qiymətləri

Dolab qiymətləri adətən təklif edilən modelin dizaynına, ölçüsünə, materialına görə dəyişir. Hər bir müştərinin ehtiyaclarına və büdcəsinə uyğun fərqli dolab qiymətləri onlayn mağazamızda mövcuddur. Premium materiallardan hazırlanmış dolablarla müqaisədə, kiçik və sadə dizaynlı dolablar daha münasib qiymətlərlə təqdim edilir. Təbii ağacdan və premium materiallardan hazırlanmış dolab qiymətləri daha bahalı ola bilər. Bununla yanaşı, laminat və MDF materiallardan hazırlanmış modellər daha sərfəli qiymətlərlə satışa çıxarılır. Sürüşən qapılı və gizli saxlama bölmələri olan dolablar əlavə mexanizmi olduğu üçün sadə modellərə nisbətən bir qədər yüksək qiymətə satılır. Müxtəlif dolab qiymətləri arasında seçim edərkən, keyfiyyət və uzunömürlülük amillərini nəzərə almalısınız. Çox ucuz dolablar keyfiyyətsiz materiallardan hazırlana bilər, bu isə onların qısa müddətdə sıradan çıxmasına dəlalət edir. Orta və premium seqmentdəki dolablar isə uzun illər istifadəyə yararlı olacaq şəkildə dizayn edilir. Əgər dolab seçimində keyfiyyəti və münasib qiyməti bir arada axtarırsınızsa, onlayn mağazamızın təkliflərini dəyərləndirə bilərsiniz. Burada bir-birindən fərqli üslublarda və keyfiyyət baxımından uzun illər sizə xidmət göstərəcək keyfiyyətdə dolablar təqdim edilir. Doğru seçim etmək üçün doğru ünvan vacibdir. Buradan alış edərək siz  büdcənizə uyğun olan uzunömürlü bir dolaba sahib ola bilərsiniz.

Ofis Mebelleri Tek Divan Modelleri Ofis Kresloları Stul satışı İdeal Dizayn mebel mağazasında Yumsaq mebel destleri ve qiymetler Dolablar Ofis Stolu Ofis Stulları Ofis Oturacaqları Təkərli stul Ucuz mebel Modern Divan Modelleri Mebel satışı Jurnal masası Tek divanlar qiymetleri Divanlar Divan Modelleri ve Qiymetleri Divan Kreslo Modelleri Divan Modelleri Divan Kreslo Yumuşaq Mebel Ofis Mebeli Mebeller İş Stolu Ofis Kreslosu Mebel Destleri Mebel Baku Divan destleri Avanqard mebel Stulların satışı Kunc Divan Yazi Masasi Kreslolar Ofis Ucun Komputer Masasi Divan Chester Yazi masasi qiymetleri Modern Mebel Kreslo Mebel Kataloqu Ofis Masası Ofis Stulu Yazi Masasi Qiymetleri Modern yazi masasi modelləri Künc Divan Modelləri Klassik Mebel Rəhbər kreslosu Rəhbər masası Rəhbər otağı üçün mebel İşçi kreslosu Toplanti masasi Yellenen kreslo qiymetleri Jurnalni stol modelleri Modern stol stullar Stol desti modelləri fərqli dizaynda Stol Stul Stul modelləri və material seçimi Divan Desti Divan Kreslo Qiymetleri Ofis Mebeli Qiymətləri Uqlavoy Divan Klassik Divan Modelleri Kunc Divan Kreditle Yeni Stol Stul Modelleri Baxça Mebelleri Kitab Rəfləri Divan qiymətləri Balaca divanlar Modern divanlar Divan kreslo dəstləri Divan aləmi Paltar asılqanı Divan Modelleri 2025 Ofis Mebelleri 2025 Ucuz Mebel Mağazalari Ofis divanları Fırlanan Stullar Ucuz divanlar Vitrin Mebelləri Rəflər Resepşn masası Smart Mebel Smart Masa Müdür Masası Mebel mağazası İş otağı necə olmalıdır? Stul Satışı Oturacaq stullar necə seçilməlidir? Taxta Stol Stul Ucuz dolablar Calisma masalari Mebel Modelleri Divan Modelleri Ofis Kreslolari Qiymetleri
--> --> --> --> -->