downloads icon
Aze
  • language icon Aze
  • language icon Eng
  • language icon Rus

Ofis mebeli dedikdə nə başa düşülür?

Ofis mebellərini təyinatına görə bir neçə qruplara ayırmaq olar. Ofis mebeli sahəsində çalışan şirkətlər müştəriyə məhsullarını istədikləri qrup və alt qrup adlar altında birləşdirərək təqdim edirlər. Təbiidir ki, şirkətin məhsul çeşidinin zəngin olmasından da çox şey aslıdır. İdeal Dizayn öz məhsullarını aşağıdakı qruplara bölür:

  • 1- VIP rəhbər dəstləri
  • 2- Rəhbər dəstləri
  • 3- Menecer dəstləri
  • 4- İşçi yerləri
  • 5- Toplantı masaları
  • 6- Operativ mebellər
  • 7- Kürsü və stullar
  • 8- Yumşaq mebellər

1, 2, 4, 5, 7-ci punktlar demək olar ki, ofis mebeli şirkətlərinin əksəriyyətində rast gəlinən adlar qrupudur. Bir çox hallarda Menecer dəstləri İşçi yerləri adı altında təqdim edilir. İdeal Dizayn-ın əlavə etdiyi Menecer dəstləri qrupu adının formalaşdırılmasında məqsəd müştəriyə seçimini daha rahat şəkildə etməsinə yardımçı olmaqdır.

VIP rəhbər dəstlərinə xarici ölkələrin bu sahə üzrə qabaqcıl sayılan tədarükçülərindən idxal olunmuş dəstlər aiddir. Bu dəstlər təbii ağaclardan istehsal edilmişdir.

Rəhbər dəstlərinə pvc, laminat və melamin üzlüklərdən istifadə edilərək istehsal edilmiş dəstlər daxildir.

Menecer dəstləri qrup rəhbərləri, bölmə, şöbə müdirləri, menecerlər üçün nəzərdə tutulan dəstləri özünə daxil edir.

İşçi yerlərinə müxtəlif formada, arakəsmələrlə və açıq şəkildə qurulan, işçilərin sayına və ofisin sahəsinə uyğun olaraq hazırlanan mebellər aiddir. Toplantı masaları metal, təbii ağac, pvc, şüşə, laminat və melamin (dsp, mdf iç) materiallarından istifadə edilməklə hazırlanır və oturacaqların sayına görə ölçüləri dəyişir.

Operativ mebellərə ofisdə geniş istifadə edilən müxtəlif təyinatlı mebellər, o cümlədən kompyuter masaları, qəbul masaları (reception), dolab və tumbalar daxildir.

Kürsü və stullar təbii dəri, süni dəri, parça və plastik olmaqla, həm dəmir, həm plastik, eyni zamanda mebeldən hazırlanmış ayaqlara malik fərqli dizaynlarda olur. Kürsülərin mexanizminin rahat, erqonomik və çevik olması onları fərqləndirən amillərdəndir.

Ofis üçün yumşaq mebellər dedikdə divan, kürsü, puf və taxt nəzərdə tutulur. İdeal Dizayn-da bura həm yerli, həm də idxal olunmuş məhsullar aiddir.