downloads icon
Aze
  • language icon Aze
  • language icon Eng
  • language icon Rus

Layihə idarəetməsi

İDEYA

İdeal Dizayn-ın layihə üzrə işçi qrupu layihənizi dəyərləndirir və bu istiqamətdə Sizinlə konsultasiya aparır. Layihə rəhbəri, menecer və dizaynerlər tərəfindən ideya və təkliflər işlənir, ilkin dizayn və eskiz hazırlanıb təqdim olunur. Burada Siz öz layihənizlə nəzəri formada tanış olursunuz

LAYİHƏLƏNDİRMƏ

Bütün məqamlar razışdırıldıqdan sonra layihə üzrə yol xəritəsi planı hazırlanır, ümumi iş bir neçə mərhələyə bölünür, tətbiqdən təhvikə qədər bütün detallar işlənir və layihənin həyata keçirilməsi üçün istehsal presesinə ötürülür

TƏTBİQ

Bu mərhələdə layihə nəzəri formadan praktik formaya keçir və istehsal presesinə start vermək üçün şirkətin Xırdalanda yerləşən mebel fabrikinə ötürülür. Fabrikdə istehsal təcrübəli mütəxəssislər tərəfindən müasir standardlara cavab verən texnologiyalardan istifadə edilməklə aparılır. İstehsal prosesi kəsmə, frezləmə, bantlama, deşmə və s. kimi bir neçə mərhələdən keçir və hər bir proses dəqiqliklə izlənərək təyin edilmiş vaxta maksimum qənaətlə idarə olunur.

TAMAMLAMA

İstehsal bitdikdən sonra məhsulların paketlənərək ünvana çatdırılması və quraşdırılması həyata keçirilir. Müştərini bütün proseslərdən xəbərdar etmək üçün layihənin statusu haqqında mütəmadi olaraq məlumat verilir.Tamamlama işi vaxta maksimum qənaətlə aparılır və vaxtında açar təslimi edilir. Fəaliyyətimizi uzunmüddətli tərəfdaşlıq istiqamətində nəzərdə tutduğumuzdan layihəni uğurla tamamlayıb müştəri məmnunluğuna qovuşdurmağa ciddi önəm veririk, çünki müştəri məmnuniyyətini daimi tərəfdaşlığımızın açarı hesab edirik.